Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2021 11:06
Cənab Prezident İlham Əliyev tərəfindən Füzuli şəhərində təməli qoyulan yeni Beynəlxalq Hava Limanı tapşırığa görə bu il istifadəyə verilməlidir.
Bunu Sonxeber.net-a açıqlamasında Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov deyib.
Sədr bildirib ki, yanvarın 15-də Prezident tərəfindən təməli qoyulan Beynəlxalq Hava Limanı turizm imkanlarının daha da genişlənməsinə şərait yaradacaq:
"Füzuli Beynəlxalq Hava Limanı, əsasən, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə xarici qonaqların gəlməsini təmin edəcək. Füzulidən Şuşaya məsafə yaxın olduğundan bu Hava Limanı vasitəsiylə daha tez Şuşaya çatmaq mümkün olacaq. Bu da turizm imkanlarını kifayət qədər genişləndirəcək.
Logistika, nəqliyyatın düzgün hərəkəti turizmin inkişafında ən vacib amillərdən biridir. Bu, eyni zamanda, Füzuli və ətraf rayon və şəhərlərdə turizm imkanlarının daha da genişlənməsinə imkan yaradacaq".
Təhməz Əsədov