Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2021 12:00
Bakı. İlhamə İsabalayeva - Trend:
Şəhid ailələrinin mənzil təminatı üçün bir neçə istiqamətdə dəqiqləşdirmələr aparılır.
Trend-in məlumatına görə, bunu 2020-ci ildə sosial sahədə aparılmış işlər və nəticələrinə dair müvafiq göstəricilərin təqdimatına həsr olunan mətbuat konfransında Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
A.Kərimov qeyd edib ki, yanvar ayında bununla bağlı konkret proqramlar qəbul edilə bilər: "Ölkəmizin iqtisadi gücü imkan verəcək ki, həm birinci, həm də ikinci qarabağ müharibəsi şəhidlərinin ailələri evlə təmin edilsin. Hərbi əməliyyatlar bitdikdən sonra da bir çox özəl tərəfdaşlar dəstək proqramlarında iştirak etmək niyyətində olduğunu bildiriblər. Bu, daha güclü mesajdır ki, biz hamımız birlikdəyik".