Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İrandan yayımlanan televiziya və radio dalğaları yüksək sahə gərginlikləri yaradır - Şura

İrandan yayımlanan televiziya və radio dalğaları yüksək sahə gərginlikləri yaradır - Şura

Tarix: 18 Yanvar 2021 15:18

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı şəhəri, Abşeron yarımadası və Mingəçevir şəhəri ərazisində ümumölkə televiziya və radio proqramlarının monitorinqi aparılmış və xarici televiziya və radio yayımlarının yaratdığı interferensiyaların səviyyələri ölçülmüşdür.

Milli Televiziya və Radio Şurasından Trend-ə verilən məlumata görə, aparılan monitorinqin nəticələri əvvəlki monitorinqin nəticələri ilə müqayisə olunmuş, fərqlər üzə çıxarılmış və nöqsanların aradan qaldırılması üçün əməli təkliflər verilmişdir. Monitorinqin nəticələri göstərmişdir ki, ölçmə aparılmış ərazilərdə ölkəmizin televiziya proqramlarının yayımı normaldır, ölçülmüş sahə gərginlikləri minimal həddən aşağı deyildir. Bununla yanaşı, ölkəmizin ərazisində xarici ölkələrin həm televiziya, həm də radio proqramlarının geniş şəkildə yayımlanması qeyd olunmuşdur. Belə ki, İran İslam Respublikasının ərazisindən yayımlanan televiziya və radio dalğalarının yaratdıqları sahə gərginlikləri yüksəkdir və sayca çoxdur. Bu isə interferensiyaların yaranmasına səbəb olur. Müşahidə olunmuşdur ki, eyni xarici radio proqramı bir neçə xarici stansiyadan yayımlanır. İran İslam Respublikası ərazisindən amplitud modulyasiyası ilə işləyən radiovericilərin də fəaliyyət göstərdiyi aşkar olunmuşdur.

İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərimizdə yeni TV və FM radio yayım stansiyalarının quraşdırılması, ümumölkə yerüstü TV və radio yayım şəbəkəsinin tamamlanması üçün əhatə zonaları çıxarılmışdır. Şuşa, Hadrut, Cəbrayıl, Laçın və Kəlbəcər radio-televiziya yayım stansiyalarında istismar olunacaq TV və FM radiovericilərinin gücləri hesablanmışdır. Aparılmış işlərin nəticəsi olaraq Şuranın 29 dekabr 2020-ci il tarixli qərarları ilə Qarabağ zonasında açıq (sosial) paketdə olan televiziya proqramlarının yayımı və 3 ümumölkə radio kanalının yayımı təmin olunmuşdur.


Etiketlər:  İrandan yayımlanan televiziya radio dalğaları yüksək sahə gərginlikləri yaradır Şura


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ