Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2019 18:44
Bakı. Trend:
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda müxtəlif malların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı sadələşdirilmiş bəyannamə təqdim edərək özü ilə 2 ədəd noutbuk, 1 ədəd mobil telefon gətirdiyini bəyan edib.
Lakin yoxlama zamanı vətəndaşa məxsus baqajda bəyannamədə göstərilən əşyalardan başqa, gömrük orqanına bəyan edilməyən - 40 ədəd mobil telefon ekranı, 2 ədəd yaddaş kartı, 8 ədəd elektron qidalandırıcı, 4 ədəd plata və əynindəki gödəkcənin sağ və sol yan ciblərindən isə 4 ədəd "İphone" markalı mobil telefon aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin