Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Norveçdə koronavirus peyvəndi vurulan onlarla insan niyə həyatını itirib?

Norveçdə koronavirus peyvəndi vurulan onlarla insan niyə həyatını itirib?

Tarix: 19 Yanvar 2021 12:56

Norveçdə 33 nəfər yaşlı insanın "Pfizer/BioNTech" koronavirus peyvəndi vurulduqdan qısa müddət sonra ölməsi peyvəndlə bağlı müzakirələri artırıb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, həyatını itirən şəxslərin ağır xəstəlikləri olub.

Həkim bildirib ki, həmin şəxslər peyvəndi vurdurmasalar da uzun müddət yaşamayacaqdılar.

Ən çox görülən yan təsirlərin belə bu xəstələrdə ciddi fəsadlar yaratdığını bildirən Madsen COVID-19-a yoluxmanın onlar üçün peyvənddən daha böyük risk yaratdığını vurğulayıb.

Qeyd edək ki, ölüm faktları araşdırılır və nəticələr bu həftə Avropa Dərman Təşkilatı ilə paylaşılacaq.


Etiketlər:  Norveçdə koronavirus peyvəndi vurulan onlarla insan niyə həyatını itirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ