Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Konqresinə giriş-çıxış bağlandı

ABŞ Konqresinə giriş-çıxış bağlandı

Tarix: 19 Yanvar 2021 13:26

ABŞ Konqresinin binasına giriş-çıxış təhlükəsizlik səbəbindən bağlanıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Co Baydenin  inauqurasiyası ərəfəsində səlahiyyətli şəxslər bölgədəki insanların pəncərə və eyvanlarından uzaq durmaları barədə xəbərdarlıq edib.

Eyni zamanda bölgədə baş verən yanğın da təşvişə səbəb olub. Andiçmə mərasiminin məşqinə gələn insanlar binadan təxliyyə olunub.

Daha sonra ABŞ Fövqəladə Hallar Nazirliyi açıqlayıb ki, Konqres binasının yaxınlığında yanğın baş verib.

Bundan əlavə, Pentaqon yanvarın 20-də baş tutacaq tədbir üçün Vaşinqtona 25 min Milli Qvardiya əsgəri cəlb edib.


Etiketlər:  ABŞ Konqresinə giriş çıxış bağlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ