Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2019 22:00
Bakı. Samir Əli - Trend:
Ötən ilin sonuna qədər Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində 31 432 nəfər qeydiyyatda olub ki, onlardan 26 346 nəfəri dispanser, 5086 nəfəri profilaktik qeydiyyatda olanlardır.
Trend-in məlumatına görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 6 ayın yekunlarına dair hesabatında bildirilir.
Məlumata görə, qeydiyyata alınanlardan 626 nəfəri qadın, 227 nəfəri toksikoman, 21 872 nəfəri (501 nəfər qadın) inyeksion narkotik istifadəçisidir.
2019-cu ilin 6 ayı ərzində 2557 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunub və 1276 nəfərdə narkotikdən istifadə aşkarlanaraq müvafiq qeydiyyata götürülüb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin