Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2021 22:12
Tayvanın "Mediatek" çip istehsalçısı yeni mobil platformalarını təqdim edəcəyini elan edib. Bu haqda şirkətin rəsmi "Weibo" hesabında məlumat verilib.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, prosessorlar yanvarın 20-də təqdim ediləcək. İstehsalçı "Dimensity" seriyasına məxsus yeni məhsulların üstün texnologiyaya sahib olacağını iddia edir. Bəlkə də daxili "5G" modemin reallaşdırılması nəzərdə tutulur.
"Mediatek" şirkətinin 6 nm-lik texnoloji proses üzrə hazırlanmış "Alps" kod adlı yeni qabaqcıl prosessorlarını təqdim edəcəyi gözlənilir. Prosessor 3 QHs takt tezlikli "Cortex-A78" adlı əsas nüvə, "Mali-G77" qrafik sürətləndiricisini, "LPDDR5" tipli əməli yaddaşı və "UFS 3.1" daşıyıcısını dəstəkləyir.