Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2021 22:22
ABŞ rəsmiləri Çinin Sintszyan-Uyğur Muxtar Rayonunda (XUAR) uyğurlara qarşı siyasətini "soyqırımı" və "insanlığa qarşı cinayətlər" hesab edir.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, ABŞ dövlət katibi Mayk Pompeo belə bir açıqlama ilə çıxış edib.
"Mövcud faktları diqqətlə araşdırdıqdan sonra nəticəyə gəldim ki, azı 2017-ci ilin martından etibarən ÇXR Sintszyanda insanlığa qarşı cinayətlər törədib. Bundan başqa, ÇXR-in orada soyqırımı həyata keçirdiyi qənaətinə gəldim", - deyə Pompeo öz açıqlamasında bildirib.