Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2021 00:44
Bakı. Trend:
ABŞ hökuməti Çinin Sintszyan-Uyğur Muxtar Rayonunda (XUAR) uyğurlara qarşı addımlarını “soyqırım” və “insanlığa qarşı cinayətlər” adlandırıb.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə açıqlamasında ABŞ dövlət katibi Mayk Pompeo deyib.
“Mövcud faktları diqqətlə araşdırdıqdan sonra nəticəyə gəldim ki, ən azından ÇXR 2017-ci ilin martından etibarən Sintszyanda insanlığa qarşı cinayətlər törədib. Bundan başqa, ÇXR-in orada soyqırımı həyata keçirdiyi qənaətinə gəldim” - Pompeo öz açıqlamasında bildirib.