Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2021 09:42
"Real"ın sabiq futbolçusu Raul Qonsalesdə koronavirus aşkarlanıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, hazırda "kral klubu"nun ikinci komandası olan "Kastilya"nı çalışdıran veteran hücumçu karantinə alınıb.
44 yaşlı mütəxəssisin xəstəliyi simptomsuz keçirdiyi bildirilib. O, Sequnda B-də "Xetafe"nin əvəzedici komandası ilə oyun zamanı texniki zonada yer almayacaq.
Qeyd edək ki, 1994-2010-cu illərdə "Real"ın formasını geyinmiş əfsanəvi forvard 550 oyunda 228 qol vurub. İspaniya yığmasında 102 matç keçirmiş keçmiş hücumçu 44 dəfə fərqlənib.