Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2021 09:50
"Azərbaycanda köhnə avtomobillər utilizasiya ediləcək. Bunun qarşılığında isə bu avtomobillərin sahiblərinə yeni maşınlar almaq üçün güzəşt ediləcək və ya onlara ödənişlər ediləcək".
Sonxeber.net xəbər verir ki, bu barədə Xəzər TV-yə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə məlumat verib.
Onun sözlərinə görə, artıq layihənin hazırlanmasının sonuncu mərhələsi icra edilir.
Utilizasiya proqramının isə bu işi həyata keçirəcək şirkətlərin və təkrar emal müəssələrinin cəlb edildiyi şirkətlər tərəfindən maliyələşdirilməsi nəzərdə tutulur. Bunun üçün utilizasiya fondu yaradılacaq. Bu avtomobili təqdim etmiş şəxsə ödəniş də edə biləcək.
Nazirliyininin şöbə müdirinin sözlərinə görə, vətəndaş ona təqdim edilən vauçerlə yerli istehsal olan avtomobilləri daha ucuz qiymətə ala biləcək. Xarici istehsal olan yeni avtomabillərin alınmasına görə isə daha az məbləğ veriləcək.
Utilizasiya proqramının əsas məqsədi ekologiyanın köhnə avtomobillərdən çıxan zərərli qazlarla çirklənməsinin qarşısını almaqdır. Proqramın hazırlanması sonuncu mərhədə olsa da nə zamandan etibarən tətbiq ediləcəyi və dəqiq olaraq hansı göstəricidə olan avtomobillərə şamil ediləcəyi hələki dəqiq deyil.