Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2019 08:48
Bakı. Trend:
Yaponiyanın Kioto şəhərində yerləşən anime studiyasında yanğın törədilib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 1 nəfər həlak olub, azı 38 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar xəstəxanalara yerləşdirilib.
Bildirilir ki, xəsarət alanlardan 10-nun vəziyyəti ağırdır.
İlkin məlumata əsasən, polislər hadisə yerində əlində benzin və ya kerosinlə dolu kanistr olan 41 yaşlı kişini saxlayıblar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin