Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2021 17:00
Bakı. Orxan Nəbiyev - Trend:
Filippində Rixter cədvəli ilə 7 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, zəlzələnin episentri Pundagitan şəhərindən 219 kilometr cənub-şərqdə qeydə alınıb.
Yeraltı təkanlar ölkənin iri şəhərlərindən olan Davaoda hiss olunub.
Eyni zamanda, İndoneziyada da 7,1 bal gücündə zəlzələ baş verib.
Hər iki ölkədə hər hansı bir itki və ya fəsadlar barədə məlumat verilməyib.