Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan və Fransa XİN başçıları telefonla danışıblar

Azərbaycan və Fransa XİN başçıları telefonla danışıblar

Tarix: 21 Yanvar 2021 23:48

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Fransa Respublikasının xarici işlər naziri Jan İv Lö Drian arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, nazirlər bölgədəki son vəziyyət, o cümlədən Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin cari vəziyyəti müzakirə edilib və bu sahədə dialoqun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.


Etiketlər:  Azərbaycan Fransa XİN başçıları telefonla danışıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ