Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Böyük Britaniyada gün ərzində 1,3 min insan COVID-19-dan ölüb

Böyük Britaniyada gün ərzində 1,3 min insan COVID-19-dan ölüb

Tarix: 21 Yanvar 2021 23:56

Bakı. Trend:

Böyük Britaniyada koronavirusa yoluxan insanlar arasında son sutkada qeydə alınan ölüm sayı 1,3 minə yaxın çatıb.

Trend-in "TASS"-a istinadən verdiyi məlumata görə, ölkədə 24 saat ərzində 37,9 min nəfər koronavirusa yoluxub.

Britaniya hakimiyyəti ötən gün 1,820 ölüm halı barədə məlumat veriblər ki, bu da pandemiya başlayandan bəri ölkə üçün ən yüksək göstəricidir. Böyük Britaniyada ümumilikdə koronavirusa yoluxan 94 580 nəfər ölüb.

Ölkədə koronavirusa yoluxanlarına ümumi sayı 3,54 milyona çatıb.


Etiketlər:  Böyük Britaniyada gün ərzində 13 min insan COVID 19 dan ölüb


RƏYLƏR