Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2021 07:08
Bakı. Trend:
Avropa İttfaqı sammiti tərəfdaş ölkələrə üzv ölkələri üçün sifariş edilmiş məhdud sayda peyvənd dozası verəcəyini vəd etdi, lakin vaxt təyin edilməyib.
Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen sammitdən sonra keçirilən onlayn mətbuat konfransında bildirib.
Komissiyanın rəhbəri qeyd edib: "Biz əvvəlcədən Aİ tərəfindən sifariş edilmiş peyvəndlərinin bir hissəsinin tərəfdaş dövlətlər üçün ayrılmasına imkan verəcək bir Avropa mexanizmi yaratmağa qərar verdik".
O bildirib ki, bu, ən qısa müddətdə həyata keçiriləcək.