Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2021 11:28
Bakı. Ləman Zeynalova, Orxan Nəbiyev - Trend:
Azərbaycanla Türkmənistan arasında "Dostluq" yatağının birgə işlənməsi Xəzər dənizində kəşfiyyat üçün daha çox imkanlar yaradır.
Bunu Trend-ə Norveçin "Rystad energy" tədqiqat və konsaltinq şirkətinin baş analitiki Svapnil Babele deyib.
O bildirib ki, bu yataq Azərbaycanın nəhəng "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağının yaxınlığında yerləşir və bu, Türkmənistana öz karbohidrogen ehtiyatlarını Azərbaycanın mövcud strukturları ilə nəql etməyə imkan verəcək.
Ekspert əlavə edib ki, Azərbaycanın dəniz yataqlarının işlənməsi üzrə təcrübəsi var:
"Azərbaycanda da, Türkmənistanda da maye karbohidrogenlərin hasilatının azalması müşahidə olunur və bu layihə onlara qısamüddətli perspektivdə hasilatı dəstəkləməyə imkan verəcək. Bu saziş Trans-Xəzər boru kəməri üzrə yeni danışıqlar üçün də mühit yaradacaq, Türkmənistan üçün yeni qaz bazarlarına yol açacaq".