Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

3 uşağının gözü qarşısında arvadını qətlə yetirən şəxs : Ayrı yaşamaq istəyirdi

3 uşağının gözü qarşısında arvadını qətlə yetirən şəxs : Ayrı yaşamaq istəyirdi

Tarix: 22 Yanvar 2021 15:48

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Nicat Məmmədovun məhkəməsi yekunlaşıb. Onun törətdiyi hadisə böyük səs-küyə səbəb olmuşdu.

O, Beynəlxalq Avtovağzalın yaxınlığında küçənin ortasında həyat yoldaşını 20-dən artıq bıçaq zərbəsi ilə qətlə yetirmişdi.

Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, hadisə 2019-cu ilin oktyabr ayının 7-də baş verib.

Uzun sürən ailə daxili münaqişələrdən sonra 34 yaşlı Nicat Məmmədov həyat yoldaşı ilə münasibətlərə son qoymaq üçün onu ata evinə aparmağa gəlib. O, atası ilə birlikdə 7 il birgə nikahda yaşadığı həyat yoldaşı, 3 uşaq anası 27 yaşlı Leyla Məmmədovanı avtomobili ilə anasıgilə aparan zaman yolda yenidən mübahisə ediblər.

Nicat Məmməd avtomobilin yük yerindən götürdüyü bıçaqla Leylaya hücum edib və uşaqlarının gözü qarşısında ona zərbələr endirib.


Etiketlər:  uşağının gözü qarşısında arvadını qətlə yetirən şəxs Ayrı yaşamaq istəyirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ