Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2021 16:04
İspaniyanın "Barselona" klubunun Lionel Messi ilə bağlı apelyasiya şikayətinə baxılıb.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, İspaniya Kral Futbol Federasiyası Liqa1 təmsilçisinin şikayətini təmin etməyib.
Argentinalının iki oyunluq diskvalifikasiyası qüvvədə saxlanılıb. Messi XX turun "Elçe" ilə görüşünü də buraxmalı olacaq. Cənubi amerikalı ölkə kubokunun 1/16 final mərhələsinin "Korneliya" ilə görüşündə (2:0) cəzanın ilk matçını buraxıb.
Qeyd edək ki, Messi Superkubokun "Atletik"lə final oyununda (2:3) rəqibə arxadan zərbə vurduğu üçün qırmızı vərəqə alıb.