Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Epidemik letargik ensefalit

Epidemik letargik ensefalit

Tarix: 23 Yanvar 2021 09:00

Xəstəliyin kəskin və xroniki olmaqla 2 növü var.Xəstəliyin kəskin mərhələsində iltihab xarakterli əlamətlər daha çox özünü biruzə verir.Bu zaman əlamətlər kəskin halda üzə çıxır və bir sıra patologiyalar baş verir.Vaxtında və düzgün müalicə olunmadıqda isə xroniki (5-10 il) hala keçir.
Epidemik ensefalit bazal nüvələrin və beyin kötüyünün zədələnməsi ilə xarakterizə olunur.Bu zaman mikroskopik müayinədə plazmatik hüceyrələrdə infiltirasiya,iltihabi dəyişikliklər müşahidə edilir.
Xəstəlik müalicə olunmadıqda və xroniki hala keçdikdə isə əlamətlər daha da kəskinləşir.Bu zaman beyində geridönməz proseslər baş verir və distrofik dəyişikliklər meydana çıxır,tələf olmuş hüceyrələrin yerində çapıqlar əmələ gəlir.
Xəstəliyin kəskin mərhələsi aşağıdakı əlamətlərlə meydana çıxır:
- yüksək qızdırma
- baş ağrısı
- qusma
- əzələ ağrıları
- zəiflik
Qızdırma adətən 2 həftəyə qədər davam edir.Xəstəlik üçün ən səciyyəvi olan xüsusiyyət ifrat və qarşısıalınmaz yuxudur.Belə ki,letargik ensefalitdə xəstələr 2-3 həftə ərzində,bəzən daha çox yuxulu olurlar.Xəstələrdə baş gicəllənməsi,göz-hərəki pozğunluqlar,psixosensor pozulmalar meydana çıxır.Xəstəliyin kəskin forması 1 həftədən 4 aya qədər davam edə və vaxtında ,düzgün müalicə olunduqda sağalma verə bilir.Bu müddət ərzində isə xəstənin mərkəzi sinir sistemintə patoloji dəyişikliklər orqanizmdə bir sıra xəstəliklərin əmələ gəlməsinə səbəb olur.Xəstəlik xroniki formaya keçdikdə isə xəstələrdə gərginlik və əsmə müşahidə edilir.
Xəstəliyə diaqnozun qoyulması çətinlik törətmir.
Xəstəliyin əsas əlamətlərinin Parkinson xəstəliyinin əlamətləri ilə oxşar olduğuna görə müalicədə parkinsonizmdə istifadə edilən dərman preparatlarından istifadə edirlir.


Etiketlər:  Epidemik letargik ensefalit


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ