Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dördüncü liqa klubunun oyunçusu Beqoviçin rekordunu qırdı

Dördüncü liqa klubunun oyunçusu Beqoviçin rekordunu qırdı

Tarix: 23 Yanvar 2021 13:48

Dünyanın ən uzun qolu göstəricisində yeni rekord müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna İngiltərənin dördüncü divizion klubu "Nyuport Kaunti"nin qapıçısı Tom King "Çeltenhem"lə maçda imza atıb. 25 yaşlı qolkiper topu qapıdan uzaqlaşdırarkən 96,01 metrlik qol vurub. Beləliklə, britaniyalı futbolçu "Ginnesin Rekordlar Kitabı"na düşüb.

İndiydək ən yüksək göstərici Asmir Beqoviçə məxsus idi. Bosniyalı oyunçu 2013-cü il sentyabrın 4-də "Stok Siti"nin heyətində "Sauthempton"un qapısına 91,9 metrlik məsafədən qol vurub.

Milli.Az


Etiketlər:  Dördüncü liqa klubunun oyunçusu Beqoviçin rekordunu qırdı


RƏYLƏR