Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda 705 nəfər COVID-19-dan sağalıb, 162 nəfər yoluxub, 8 nəfər vəfat edib

Azərbaycanda 705 nəfər COVID-19-dan sağalıb, 162 nəfər yoluxub, 8 nəfər vəfat edib

Tarix: 23 Yanvar 2021 17:30

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınıb, 705 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 228 688 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 219 724 nəfər müalicə olunaraq sağalıb, 3 072 nəfər vəfat edib, aktiv xəstə sayı 5 892 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 522, ötən müddət ərzində isə ümumilikdə 2 354 473 test aparılıb.


Etiketlər:  Azərbaycanda nəfər COVID sağalıb nəfər yoluxub nəfər vəfat edib


RƏYLƏR