Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2021 21:16
Cənubi Koreya hökuməti yeni inşa olunacaq gəmilərin ekoloji texnologiyalarla təchiz edilməsi üçün 187 milyon dollar məbləğində pul ayırıb.
Sonxeber.net seanews.az-a istinadən bildirir ki, bu il Koreyada 39 ədəd ekoloji gəminin və iqtisadiyyatın dövlət sektoru üçün 23 ədəd gəminin inşası planlaşdırılır. 2030-cu ilə qədər Koreyada ekoloji texnologiyalarla təchiz edilmiş 530 ədəd gəminin istismar ediləcəyi gözlənilir. O cümlədən LNG ilə çalışan 2 ədəd bunker gəmisinin inşası da bu plana daxildir.
Bütün gəmi sahibləri yeni ekoloji texnologiyaların tətbiqi üçün tələb olunan xərclərin 20%-i qədər təzminat ala biləcəklər.