Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəmkir sakinlərindən silah götürülüb

Şəmkir sakinlərindən silah götürülüb

Tarix: 25 Yanvar 2021 12:06

Bakı. Samir Əli - Trend:

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakini, Fikrət Bağırovdan 1 ədəd “BROWNING S PATENT” markalı, 6.35 kalibirli, istifadəyə yarlı tapança aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə rayonun Bayramlı kənd sakini, əvvəllər məhkum olunmuş Arzuman Abdullayevin də müvafiq sənədləri olmadan, tək lüləli, 16 kalibirli və istifadəyə yararlı “İJ” markalı tüfəng saxlaması aşkar edilib.

RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Zəyəm-Cırdaxan kənd sakini Qənbər Hüseynovdan bir ədəd heç bir sənədi olmayan “ATM” markalı, 16 kalibirli tüfəng aşkar edilib.

Keçirilən daha bir tədbir nəticəsində qanunsuz ov edən Asif Nəbiyev də barəsində qanunamüvafiq tədbir görülüb. Belə ki, onun heç bir müvafiq sənədi olmadan 32 kalibirli, qoşa lüləli tüfənglə ovçuluqla məşğul olması aşkar edilib.

Rayonun Keçili kənd sakini Cahangir Məmmədovun da sənədsiz “İJ” markalı 16 kalibirli ov silahı RPŞ əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

Silahların hər-hansı bir cinayətdə istifadə olunub-olunmaması öyrənilməsi üçün ekspertizaya göndərilib.

Faktlarla bağlı Şəmkir RPŞ-nin İstintaq və Təhqiqat Bölməsində Cinayət Məcəlləsinin müvadiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.


Etiketlər:  Şəmkir sakinlərindən silah götürülüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ