Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2021 12:24
Bakı. Fidan Babayeva, Orxan Nəbiyev - Trend:
Qarabağın dirçəlişi və bu bölgədə olan zəngin təbii sərvətlərimizin ölkəmizin iqtisadi sisteminə inteqrasiyası qeyri-neft sektorunun inkişafına ciddi təkan verəcək.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz "Facebook" səhifəsində yazıb.
Qeyd edək ki, yanvarın əvvəlində Prezident İlham Əliyevin fərmanı ilə Qarabağ Dirçəliş Fondu təsis edilib.
Mikayıl Cabbarov Fondun Müşahidə Şurasının sədri təyin edilib.