Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2019 17:09
Bakı. Trend:
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Respublika ərazisində fitosanitar müşahidələr davam etdirilir. Növbəti fitosanitar müşahidələr Tərtər rayonunda dənli-paxlalı bitkilərin saxlanıldığı anbarlarda aparılıb və müvafiq maarifləndirici tədbirlər həyata keçirilib. Müşahidələr aparılan anbarların bəzilərindən zərərvericilərlə sirayətlənmə halları aşkar edilib.
Agentlikdən Trend-ə bildirilib ki, bununla bağlı fumiqasiya tədbirlərinin aparılmasının zəruriliyi vurğulanıb.
Fumiqasiya tədbirlərinin aparılması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin fumiqasiya dəstəsinin əməkdaşları işə cəlb olunub, yaranmış problemlər aradan qaldırılaraq, gələcəkdə yarana biləcək məhsul itkisinin qarşısı alınıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin