Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2021 14:15
Bakı. Ceyhun Ələkbərov - Trend:
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli ekoloji idarələrində ov üçün lisenziya verilən zaman vətəndaşlara harada və necə ov etmək olar barədə də məlumatlar verilir.
Bunu Trend TV-yə açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev deyib. Onun sözlərinə görə, ovçulara daha çox sərhədyanı zonalarda ov etmək qadağandır:
“Bundan əlavə cəbhə zonası və yaşayış yerlərinə yaxın olan ərazilərdə də ova icazə verilmir”.
F.Əliyev qeyd edib ki, yerli ekoloji idarələrdə vətəndaşlara ov limiti barədə də məlumat verilir:
“Hər bir vətəndaş bu şərtlərlə tanış olur. Əlavə olaraq ovçuluq bileti üçün imtahan verən şəxs qırmızı kitaba düşən və ovu qadağan edilən heyvanlar barədə də xəbərdar edilir”.