Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2021 15:12
Portuqaliyada ötən gün keçirilən Prezident seçkilərində hazırkı dövlət başçısı Marselo Rebelo de Souza əhəmiyyətli bir fərqlə qalib gəlib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, səslərin 99% -i sayıldıqdan sonra 72 yaşlı sağ-mərkəzçi de Souza səslərin 61% -ni toplayıb. Bununla De Souza ötən seçkilərlə müqayisədə daha çox səs toplaya bilib.
Sosialistlərin namizədi Ana Qomeş 12,7 faiz səslə ikinci, "Chega!" partiyasının namizədi Andre Ventura isə 11,9% səslə üçüncü yerdə qərarlaşıb.
Seçici fəallığının 40% olduğu və bu qədər aşağı iştirakçılığın pandemiya ilə əlaqəli olduğu bildirilib.
Qələbədən sonra de Souza seçicilərə göstərilən etimada görə təşəkkür edib və koronavirus pandemiyasına qarşı mübarizəni özü və bütün ölkə üçün əsas missiya hesab etdiyini qeyd edib.