Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2021 18:10
Mesut Özili transfer etməklə böyük maliyyə xərcləri ilə qarşılaşan "Fənərbağça" azarkeşlərin köməyi ilə pul toplamağa başlayıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə klub prezidenti Ali Koç Türkiyə mətbuatına açıqlama verib. O, buna qədər istifadə etdikləri "Fənər Ol" kampaniyasını "Mesut Ol" kampaniyası ilə əvəzlədiklərini bildiribb:
"Ən azı bir sms rica edirəm. Telefonu olmayan uşaqlar ata-analarından sms göndərmələrini istəsinlər".
İstanbul klubunun fanatları isə MESUTOL yazaraq, 1907-yə (klubun yarandığı tarix) 20 dəqiqə ərzində 35 000 sms göndəriblər. Bu mesajlar qarşılığında 700 000 türk lirəsi (təqribən 160 494 manat) yığılıb. Hər sms göndərən şəxsin balansından 2 avro çıxılır.
Maliyyə çətinliyi yaşayan klubun 460 milyon avro borcu olduğu bildirilir.
Qeyd edək ki, Türkiyə mətbuatı Mesut Özillə 2023-cü ilədək müqavilə bağlayan "Fənər"in bu müddətdə ona 15 milyon avrodan çox ödəyəcəyini yazıb.