Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2021 03:48
Bakı. Trend:
ABŞ Konqresinin Senatı Canet Yellenin maliyyə naziri vəzifəsinə namizədliyini təsdiq edib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Maliyyə Nazirliyinin rəhbəri vəzifəsində ilk qadın olacaq C.Yellenin yaxın zamanda and içmə mərasimi baş tutacaq.
Xatırladaq ki, C.Yellen 2014-cü ildə ABŞ-ın Federal Ehtiyyalar Sisteminin sədri vəzifəsində ilk qadın olmuşdu.