Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2021 12:27
Bakı. Trend:
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən talama cinayətlərinə qarşı çevik və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Abşeron rayonu Saray qəsəbəsi ərazisindəki 2 evdən oğurluq faktı ilə bağlı daxil olan müracət üzrə bir evdən 5015 manat pul, 5655 manat dəyərində qızıl-zinət əşyaları, digər evdən 3500 manat pul, 7000 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurlamaqda şübhə bilinən şəxs müəyən olunub.
Polis tərəfindən silsilə oğurluq əməllərində şübhəli bilinən Saray qəsəbə sakini, əvvələr Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) və 221-ci (Xuliqanlıq) maddələri ilə məhkum olunan 29 yaşlı Taleh Qəmbərov tutularaq istintaqa təhvil verilib.
T.Qəmbərovun ətrafında aparılan əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri ilə onun qəsəbədə digər yaşayış evlərindən külli miqdarda, müxtəlif məbləğlərdə pul və qızıl-zinət əşyalarını talaması sübuta yetirilib.
Şübhəli şəxsin barəsində Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.