Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hər iki Qarabağ müharibəsi şəhidlərinin ailələri və əlillərin mənzil təminatı paralel aparılacaq - Şöbə müdiri

Hər iki Qarabağ müharibəsi şəhidlərinin ailələri və əlillərin mənzil təminatı paralel aparılacaq - Şöbə müdiri

Tarix: 26 Yanvar 2021 13:24

Bakı. İlhamə İsabalayeva - Trend:

2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək növbəyə alınmış şəxslər, eyni zamanda 2020-ci ildəki hərbi əməliyyatlar nəticəsində mənzil almaq hüququ qazanan şəhid ailələri və müharibə əlillərinin mənzil təminatı paralel həyata keçiriləcək.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.

Onun sözlərinə görə, 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək növbəyə alınmış şəxslərin siyahısı artıq yerli icra hakimiyyətlərində var. Bu siyahı onlar tərəfindən ƏƏSMN-ə təqdim ediləcək:

"2020-ci ildə zəfərlə bitən müharibədə şəhid olanların ailələrini və əlillərini uzun müddət mənzil növbəsində gözlətməmək üçün hər iki kontingentlə bağlı məsələlər növbəlilik əsasında aparılacaq. Bu səbəbdən 5 il ərzində bu sərəncamın icrası ilə bağlı yekunlaşdırma tapşırığı verilib".

B.Hüseynov qeyd edib ki, artıq Bakıda və digər şəhərlərdə keçmiş məcburi köçkünlər üçün tikilən və hazır vəziyyətə gətirilən yaşayış evləri ƏƏSMN-nin balansına veriləcək. Nazirlik tərəfindən həmin mənzillərin növbəlilik əsasında şəhid ailələri və müharibə əlillərinə verilməsi nəzərdə tutulur.


Etiketlər:  Hər Qarabağ müharibəsi şəhidlərinin ailələri əlillərin mənzil təminatı paralel aparılacaq Şöbə müdiri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ