Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Messi hər dəfə meydanda olmasa, "Barselona" qalib gələr"

Tarix: 26 Yanvar 2021 16:00

Argentinanın millisinin sabiq qapıçısı Huqo Qatti "Barselona"nın futbolçusu Lionel Messinin cəza səbəbindən La Liqanın 20-ci turunda "Elçe"yə qarşı matçı (2:0) buraxmasını şərh edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, "Marca"ya açıqlamasında bununla bağlı deyib:

"Messi oynamadığı zaman "Barselona" güclü tərəflərindən istifadə edərək qələbə qazanır.  Futbolun məqsədi qazanmaqdır. Messi hər dəfə meydanda olmasa, "Barselona" qalib gələr".

Qeyd edək ki, argentinalı hücumçu bu mövsüm La Liqada 17 oyunda 11 qol vurub və 2 qolun ötürməsini verib.

Milli.Az


Etiketlər:  Messi hər dəfə meydanda olmasa Barselona qalib gələr


RƏYLƏR