Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2021 12:15
Bakı. İlhamə İsabalayeva - Trend:
Hibrid dərs forması tətbiq edildiyi zaman müəllimlərin dərs saatlarında heç bir izafi yük yaranmayacaq.
Trend-in məlumatına görə, bunu bu gün keçirilən vebinarda Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
Onun sözlərinə görə, müəllimin nə qədər dərs yükü varsa, o, iki qrup arasında bölünəcək: “Bu halda sual yaranır kı, uşaqlar onda az dərs saatı alırlar. Hesab edirik ki, yerdə qalan saatı teledərslə kompensasiya etmək olar”.