Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Beynəlxalq təşkilatlara 8 hesabat, 8 bəyanat və 14 müraciət ünvanlanıb'' - VİDEO

''Beynəlxalq təşkilatlara 8 hesabat, 8 bəyanat və 14 müraciət ünvanlanıb'' - VİDEO

Tarix: 27 Yanvar 2021 12:36

Ombudsman Emənistanın azərbaycanlı əsir və girovlarla rəftarına dair hesabatlar hazırlayaraq beynəlxalaq təşkilatlara göndərib. Əsirlərə və girovlara qarşı tətbiq edilən işgəncə və digər qəddar, qeyri-insani rəftar halları sübutlarla təqdim olunub. Digər hesabatlarda isə müharibə dövründə Ermənistanın mülki əhalini və obyektləri hədəfə alması da öz əksini tapıb.

Azərbaycandakı erməni əsirlərə ailələri ilə telefonla danışmaq imkanı da yaradılıb.

Sonxeber.net bildirir k, bunu "Xəzər Xəbər"ə açıqlamasında İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva deyib. Ombudsman bildirib ki, Emənistanın azərbaycanlı əsir və girovlarla rəftarına dair hesabatlar hazırlanaraq beynəlxalaq təşkilatlara göndərilib. Hesabat müqayisəli şəkildə tərtib edilib.

Hesabatda Ermənistanın azərbaycanlı əsir və girovlara qarşı tətbiq etdiyi işgəncə və digər qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftar halları da sübutlarla təqdim olunub. Qeyd edilib ki, Ermənistanda əsirlikdə və girovluqda saxlananlara ailələri ilə əlaqə saxlamaq imkanı yaradılmayıb. Həmçinin onlar günlərə ac saxlanıb və ağır işgəncələrə məruz qalıblar. Azərbaycandakı erməni əsirlərlə isə beynəlxalq hüquq normalarına uyğun rəftar edilib.

Səbinə Əliyeva vurğulayıb ki, beynəlxalq təşkilatlara ümumilikdə 8 hesabat, 8 bəyanat və 14 müraciət ünvanlanıb. Burada müharibə dövründə Ermənistanın mülki əhalini və obyektləri hədəfə alması da öz əksini tapıb.

Hesabatın yekunu olaraq Ermənistan hərbi-siyasi rəhbərliyinin törətdiyi cinayətlərlə bağlı müvafiq beynəlxalq qurumlara çağırış edilib və təqsirkarların məsuliyyətə cəlb olunması tələb olunub.


Etiketlər:  Beynəlxalq təşkilatlara hesabat bəyanat müraciət ünvanlanıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ