Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qiymətləndirmədən narazı olan şagirdlər apelyasiya verə bilərlər

Qiymətləndirmədən narazı olan şagirdlər apelyasiya verə bilərlər

Tarix: 27 Yanvar 2021 12:40

Müəllimlərin dərs yükündə heç bir izafi yük yaranmayacaq, neçə saat dərs yükü varsa, proporsional vasitə ilə iki yarımqrupa bölünəcək.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu media nümayəndələri üçün "Tədrisin ənənəvi formasının bərpası" mövzusunda keçirilən onlayn seminarda Təhsil Nazirliyinin Təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqubova bildirib.

Onun sözlərinə görə, müəllimin məsələn, 4 saatı varsa, 2 saat bir qrupa, 2 saat o biri qrupa bölünəcək. Digər iki saatı uşaqlar teledərslər vasitəsilə öyrənə bilər. Birinci yarımillik üzrə qiymətləndirmədən narazı olan şagirdlər fevral ayında apelyasiya ilə müraciət edə bilərlər, əvvəlcə onların aldıqları qiymət müzakirə olunacaq, yanlışlıq varsa, aradan qaldırılacaq və yeni qiymətləndirmə mümkün olacaq.


Etiketlər:  Qiymətləndirmədən narazı olan şagirdlər apelyasiya verə bilərlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ