Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan nümayəndə heyəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin rəhbərliyi ilə İranda səfərdədir

Azərbaycan nümayəndə heyəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin rəhbərliyi ilə İranda səfərdədir

Tarix: 19 Iyul 2019 10:04

Bu gün İran İslam Respublikasının paytaxtı Tehran şəhərində 25-ci Beynəlxalq Elektronika, Kompüter və Elektron Ticarət ("Elecomp – 2019") sərgisi işə başlayıb.

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin rəhbərliyi ilə İrana səfər edən ölkəmizin nümayəndə heyəti sərginin açılış mərasimində iştirak edib. 
 
Ölkəmiz "ELECOMP – 2019"-da yerli texnologiya şirkətlərinin innovativ məhsul və həllərinin nümayiş edildiyi Milli Pavilyonla təmsil olunur.

Azərbaycan, İran, İraq və Qətərin sahəvi nazirlərinin iştirakı ilə təşkil olunmuş VIP tur çərçivəsində yüksək səviyyəli rəsmilər Milli Pavilyonumuzu ziyarət ediblər.

Rəsmilərə, yerli İKT şirkətlərinə, eləcə də ziyarətçilərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyinin yüksək texnologiyalar sahəsindəki fəaliyyəti, gələcək planları və ölkədə mövcud olan innovasiya ekosistemi barədə məlumat verilib. 

Həmçinin, poçt sahəsi üzrə fəaliyyət, "Şəbəkə" layihəsi və bulud xidmətləri haqqında geniş məlumat təqdim olunub.

Səfər çərçivəsində Azərbaycan, İran, Rusiya və Türkiyənin sahəvi nazirlərinin dördtərəfli görüşü keçirilib. Görüşdə innovasiyalar və İKT sektorunda çoxtərəfli formatda əməkdaşlıq imkanlarına dair geniş fikir mübadiləsi aparılıb. İnnovativ startaplar və İKT şirkətləri arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə qarşılıqlı səfərlərin və birgə tədbirlərin təşkili qərara alınıb.
 
Azərbaycan nümayəndə heyəti İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhaninin, bir sıra ölkələrin İKT nazirlərinin, sahəvi beynəlxalq və regional təşkilatların yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə təşkil olunmuş İran Rəqəmsal İqtisadiyyat Forumunda iştirak ediblər.
 
Həmçinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi və Yollar və Şəhərsalma naziri Məhəmməd Eslami, o cümlədən Rusiya Federasiyasının Rəqəmsal İqtisadiyyat, Rabitə və Kütləvi Kommunikasiyalar naziri Konstantin Noskov arasında keçirilmiş ikitərəfli görüşlərdə müvafiq sahədə qarşılıqlı maraq doğuran məsələlərə dair müzakirələr aparılıb.

 













 




Etiketlər:  Azərbaycan nümayəndə heyəti Nəqliyyat Rabitə Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin rəhbərliyi ilə İranda səfərdədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ