Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tərtərdə minaya düşən traktorçu əməliyyat olunub, vəziyyəti orta-ağırdır (FOTO)

Tərtərdə minaya düşən traktorçu əməliyyat olunub, vəziyyəti orta-ağırdır (FOTO)

Tarix: 28 Yanvar 2021 15:33

Bərdə. Samir Əli - Trend:

Tərtər rayonunun Əskipara kəndi ərazisində minaya düşən traktor sürücüsü Elgün Ələkbərov əməliyyat olunub.

Bu barədə Trend-ə Bərdə rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Məlumatda bildirilir ki, hadisə zamanı traktorçu qəlpə yaraları alıb: "Hazırda əməliyyat olunub, reanimasiyaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir".

Xatırladaq ki, Tərtər rayon Seyidimli kənd sakini, 1987-ci il təvəllüdlü Ələkbərov Elgün Mahmud oğlu Tərtər pambıq Zavodunda traktorçu vəzifəsində çalışır. O, günorta saatlarında Tərtər Pambıq Zavoduna məxsus sahədə şum işləri apararkən minaya düşüb. Hadisə nəticəsində traktor yararsız vəziyyətə düşüb, E.Ələkbərov isə əl və üz nahiyələrindən qəlpə yaraları ilə xəstəxanaya yerləşdirilib.

Tərtərdə minaya düşən traktorçu əməliyyat olunub, vəziyyəti orta-ağırdır (FOTO) - Gallery Image Tərtərdə minaya düşən traktorçu əməliyyat olunub, vəziyyəti orta-ağırdır (FOTO) - Gallery Image Tərtərdə minaya düşən traktorçu əməliyyat olunub, vəziyyəti orta-ağırdır (FOTO) - Gallery Image Tərtərdə minaya düşən traktorçu əməliyyat olunub, vəziyyəti orta-ağırdır (FOTO) - Gallery Image


Etiketlər:  Tərtərdə minaya düşən traktorçu əməliyyat olunub vəziyyəti orta ağırdır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ