Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu smartfonların istifadəçiləri yalnız bir mobil tətbiqdən yararlanacaqlar

Bu smartfonların istifadəçiləri yalnız bir mobil tətbiqdən yararlanacaqlar

Tarix: 28 Yanvar 2021 22:32

Çinin texnologiya nəhəngi Huawei istehlakçılarının yararlana biləcəyi My Huawei tətbiqini təqdim edib. Yeni məhsul şirkətin bir neçə tətbiqini vahid platformada birləşdirəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, tətbiq Huawei Club, Huawei Mobile Services, Game Center və Member Center kimi müstəqil platformaların toplusudur. Nəticədə istifadəçilərin artıq birdən çox tətbiq işlətmələrinə və müvafiq xidmətdən istifadə üçün onları ayrı-ayrılıqda açmalarına ehtiyac yoxdur. Tətbiq, həmçinin cihazlarda yaddaşa da qənaət edir.

Qeyd edək ki, My Huawei-in nə vaxt kütləvi istifadəyə veriləcəyi hələlik məlum deyil.

Milli.Az


Etiketlər:  Bu smartfonların istifadəçiləri yalnız bir mobil tətbiqdən yararlanacaqlar


RƏYLƏR