Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı Şəhəri üzrə Təhsil İdarəsi vətəndaşların qəbulunu aprelin 1-dək dayandırıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi vətəndaşların qəbulunu aprelin 1-dək dayandırıb

Tarix: 29 Yanvar 2021 10:22

Bakı. Trend:

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Vətəndaşların Qəbulu Mərkəzi 2021-ci ilin aprelin 1-dək vətəndaşların qəbulunu dayandırıb.

İdarədən Trend-ə verilən məlumata görə, qeyd olunan dövr ərzində müraciətlər BŞTİ-nin Məlumat sorğu mərkəzi (Telefon: 012-599-12-22) vasitəsilə cavablandırılacaq.

Vətəndaşlar, həmçinin idarənin rəsmi [email protected], [email protected] elektron poçt ünvanlarına müraciət edə bilərlər. İnternetə çıxış imkanı olmayan vətəndaşlar yazdıqları məktubları və ya digər müvafiq sənədləri İdarənin əsas giriş qapısının yanındakı poçt qutusuna sala bilərlər.

Rəsmi məlumatları BŞTİ-nin internet saytı (www.baku.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.


Etiketlər:  Bakı Şəhəri üzrə Təhsil İdarəsi vətəndaşların qəbulunu aprelin dək dayandırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ