Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2021 10:45
Bakı. Ceyhun Ələkbərov - Trend:
1700-dən çox şəhid ailəsi və qaziyə növbədənkənar olmaqla özünüməşğulluq proqramına cəlb olunub.
Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər. Onlardan 900-ü şəhid ailələrinin üzvləridir. Proqrama cəlb olunanların istəkləri və əmək bacarıqları nəzərə alınaraq seçdikləri iqtisadi fəaliyyət növləri üzrə kiçik təsərrüfat və müəssisələrini qurmaları üçün qısa müddətdə aktivlərlə təmin olunur.
Eyni zamanda, şəhid ailəsi üzvləri və qazilərdən ibarət 300 şəxsin məşğulluq məsələləri operativ şəkildə həll olunub. Onlar ödənişli ictimai işlər və əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramları çərçivəsində işlə təmin ediliblər.