Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ölmüş hesab edilən qadın oyandı

Ölmüş hesab edilən qadın oyandı

Tarix: 30 Yanvar 2021 09:02

Ölmüş hesab edilən argentinalı qadın kremasiyadan əvvəl gözlərini açıb.

Bu barədə "Daily Mail" xəbər yayıb.

Adı açıqlanmayan 89 yaşlı qadın yanvarın sonlarında sinəsindəki ağrılar səbəbindən Resistenciya şəhərində xüsusi xəstəxanaya yerləşdirilib.

Ertəsi gün 54 yaşlı qızına anasının ürək tutmasından öldüyü bildirilib.

Ailə dəfn mərasimi təşkil etməyə və mərhumun kremasiyasına qərar verib. Ancaq qadın kremasiya sobasına qoyulmaq üzrə olarkən qızı ananın həyat əlamətləri göstərdiyini görüb və işçilərdən prosesi dərhal dayandırmalarını istəyib.

O, dərhal başqa bir xəstəxanaya aparılıb. Hazırda qadın intensiv terapiya şöbəsində müalicə alır.

Hadisə ilə əlaqədar zərərçəkənin qızı yerli hökumətə şikayət ünvanlayıb. Baş verənlərlə əlaqədar istintaqa başlanılıb.

Milli.Az


Etiketlər:  Ölmüş hesab edilən qadın oyandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ