Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Arıçılara 20 min manatdan çox subsidiya ödənilib

Arıçılara 20 min manatdan çox subsidiya ödənilib

Tarix: 1 Fevral 2021 14:04

İmişlidə arıçılığın inkişafına xüsusi diqqət yetirildiyindən rayonda arı ailələrinin sayı ilbəil artır, məhsul istehsalı çoxalır. Gəlirli sahə olduğundan arıçılıqla məşğul olan fermerlərin də sayı get-gedə çoxalır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətin arıçılığın inkişafına göstərdiyi hərtərəfli dəstək və hər arı ailəsinə görə verilən 10 manat əlavə subsidiya rayonda arı ailəsinin artırılmasına və məhsul istehsalının çoxalmasına müsbət təsir göstərir. Hazırda rayonda mövcud olan 108 arıçılıq təsərrüfatında 2 min 35 arı ailəsi saxlanılır. Ötən il bu arı ailələrinin hər birindən 15 kiloqram olmaqla, 30 ton 525 kiloqram bal götürülüb. Saxlanılan arı ailəsinə görə arıçılara 20 min 350 manat subsidiya ödənilib. Məhsul istehsalında rayonun Şahverdili, Sərxanlı, Cəfərli və Göbəktala kəndlərində fəaliyyət göstərilən təsərrüfat sahibləri xüsusilə fərqləniblər.

Milli.Az


Etiketlər:  Arıçılara 20 min manatdan çox subsidiya ödənilib


RƏYLƏR