Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Apple” şirkətinin sahibləri öz məlumatlarının ötürülməsindən imtina etmək imkanı əldə edəcəklər

“Apple” şirkətinin sahibləri öz məlumatlarının ötürülməsindən imtina etmək imkanı əldə edəcəklər

Tarix: 2 Fevral 2021 23:44

"Apple"ın istifadəçiləri fərdi məlumatlarının elan verənlərə ötürülüb-ötürülməməsinə özləri qərar verəcəklər. Bu, korporasiya tərəfindən bir gün əvvəl təqdim edilmiş məxfilik konsepsiyasında nəzərdə tutulub.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, indiyədək kənar tərtibatçılar və elan verənlər reklamçılar üçün identifikator (IDFA) vasitəsilə konkret istifadəçinin aktivliyini sərbəst şəkildə izləyə bilirdilər. IDFA "Apple" qurğularına verilən unikal identifikasiya nömrəsidir.

İndi proqram bu identifikatordan istifadə etməyə cəhd etdikdə istifadəçi bildiriş alacaq. Bundan sonra istifadəçi ya razılaşmalı, ya da imtina etməlidir.

Məxfilik seçimi "iOS 14" əməliyyat sisteminin növbəti yeniləməsində əlçatan olacaq.


Etiketlər:  Apple şirkətinin sahibləri məlumatlarının ötürülməsindən imtina etmək imkanı əldə edəcəklər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ