Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“SpaceX” ilin sonunadək kosmik turistləri orbitə göndərəcək

“SpaceX” ilin sonunadək kosmik turistləri orbitə göndərəcək

Tarix: 3 Fevral 2021 10:09

"SpaceX" şirkəti "Inspiration4" kommersiya missiyası çərçivəsində kosmik turistlərin ilin sonunadək orbitə göndərilməsini planlaşdırır. Bu barədə təşkilatın saytında məlumatda deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, missiyanın sponsoru qismində "Shift4 Payments" şirkətinin təsisçisi Cared İsaakman çıxış edəcək. O, "Dragon" kosmik gəmisinin göyərtəsində uçacaq üç digər astronavtın əvəzinə ödəniş edəcək. Uçuşdan əvvəl ekipaj mikroqravitasiya və çəkisizlik şəraiti daxil olmaqla lazımi təlimlərdən keçəcək.

 

Missiyanın startı Florida ştatında yerləşən Kanaveral kosmodromundan planlaşdırılır. Uçuş "Falcon 9" raketdaşıyıcısı vasitəsilə həyata keçiriləcək. Digər təfərrüatlar barədə məlumat verilmir.

 

Seçimdə iştirak üçün missiyanın xüsusi saytında 10 dollar məbləğində minimal ödəniş edərək müraciət etmək mümkündür. Toplanan vəsaitlər xərçəng xəstəsi olan uşaqlara yardım üçün sərf ediləcək. Kosmik turistlərin adı bu ay ərzində məlum olacaq.

 

Ötən ilin noyabrında verilən məlumata görə, sahibkar İlon Maska məxsus "SpaceX" korporasiyasının "Crew Dragon" gəmisində Beynəlxalq Kosmik Stansiyaya göndəriləcək ilk kosmik turistlər müqavilə imzalayıblar. Beynəlmiləl ekipaj üç özəl fərdi astronavt və komandir, ABŞ Kosmik Agentliyinin astronavt tədqiqatçısı Maykl Lopes-Aleqridən ibarət olacaq. Tur 2 uçuş və stansiyada 8 istirahət günü olmaqla 10 gün davam edəcək.

 

Nizam Nuriyev




Etiketlər:  SpaceX ilin sonunadək kosmik turistləri orbitə göndərəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ