Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2021 13:56
Bakı. Orxan Nəbiyev - Trend:
Çin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVAX beynəlxalq mexanizminə 10 milyon doza koronavirus vaksini təqdim edəcək.
Trend-in məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin deyib.
O bildirib ki, vaksinlər ÜST-ün müraciəti əsasında təqdim olunacaq. Vaksinlərin böyük əksəriyyəti inkişaf etməkdə olan ölkələr arasında paylanacaq.