Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qeyri-stabil stenokardiya

Qeyri-stabil stenokardiya

Tarix: 4 Fevral 2021 08:33

Stenokardiyanın bu formasını kəskin koronar çatışmazlıq, infarktönü vəziyyət və aralıq koronar sindrom da adlandırırlar. Koronar arteriyanın daralması və bunun nəticəsində miokarda qan axınının çox güclü pozulması nəticəsində yaranır. Qeyri-stabil stenokardiyanın mühüm klinik əlaməti əvvəllər tutmaları aradan götürən nitroqliserin qəbulunun səmərə verməməsidir. Xəstəliyin aşağıdakı kliniki əlamətləri var:
1. İlk dəfə əmələ gələn stenokardiya.
2. Proqressivləşən gərginlik stenokardiyası.
3. Ağır və uzunmüddətli stenokardiya.
4. Spontan stenokardiyanın ağır və uzun müddətli tutmaları.
5. İnfarkdan sonrakı erkən stenokardiya.
6. Cərrahi müdaxilədən sonrakı erkən stenokardiya.
Xəstəliyin əlamtələri stenokardiya əlamətləri ilə eynidir. Xəstəliyə diaqnoz qoymaq üçün EKQ, EXO kardioqrafiyanın nəticələri və xəstənin anamnezi əsas götürülür. Qəfləti ölüm riski olan xəstələrdə funksional yük sınaqları tərtib olunur.
Qanın biokimyəvi analizləri vasitəsilə kardiospesifik fermentlərin və digər nekroz markerlərin qiymətləndirilməsi müalicənin müəyyən bir hissəsini təşkil edir.
Müalicənin əsas məqsədi miokard infarktı və qəfləti ölüm riskini, ritm və keçiricilik pozğunluqlarının, ürək çatışmazlığı riskini azaltmaqdan ibarətdir. Müalicə ərzində xəstəyə antiişemik dərmanlar, beta-blokatorlar, aspirin, heparin təyin edilir. Xəstəyə aortal-koronar şuntlama əməliyyatı tətbiq edilir.


Etiketlər:  Qeyri stabil stenokardiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ