Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ötən il dünya planşetlər bazarında lider kim olub?

Ötən il dünya planşetlər bazarında lider kim olub?

Tarix: 4 Fevral 2021 21:48

2020-ci ilin dördüncü rübündə "Apple" şirkəti planşetlər bazarında mövqeyini möhkəmlədib. Bu barədə "Сanalys" şirkətinin statistik məlumatlarında deyilir. Belə ki, dördüncü rübdə tədarük həcmi 2019-cu ilin analoji dövrü ilə müqayisədə 40 faiz artaraq 19,2 milyona çatıb ki, bu da şirkətin 2014-cü ildən ən yaxşı göstəricisi olub.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, ikinci pillədə 9,9 milyon tədarük edilmiş qurğu ilə "Samsung" yer alıb. Bu, 2019-cu ilin dördüncü rübünün tədarükündən 41 faiz çoxdur. Reytinqin üçüncü və sonrakı yerlərini müvafiq olaraq "Amazon", "Lenovo" və "Huawei" tutub. Bununla yanaşı, "Lenovo" planşetlərinin illik tədarük həcmi 125 faiz artıb, "Huawei" planşetlərinin göstəriciləri isə azalıb.

2020-ci ilin yekunlarının nəticələrinə nəzər saldıqda, "Apple" 37 faiz payla dünyanın ən böyük planşet tədarükçüsü olaraq qalır. İkinci mövqedə 19 faizlə "Samsung" qərarlaşıb. Liderlər üçlüyünü bazarda 10 faiz paya sahib çıxan "Huawei" tamamlayıb. "Amazon" Çin şirkətindən cüzi geridə qalıb, "Lenovo" isə 9 faizlə beşinci pillədə qərarlaşıb. Eyni zamanda 2020-ci ildə planşetlərin ümumi tədarükü 2019-cu illə müqayisədə 28 faiz artıb.

Analitiklərin fikrincə, planşetlərin başlıca xüsusiyyəti universallıqdadır ki, bu da onları müxtəlif senarilərdə istifadəyə imkan verir.


Etiketlər:  Ötən dünya planşetlər bazarında lider olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ