Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Teymur Rəcəbovun rəqibləri müəyyənləşdi

Teymur Rəcəbovun rəqibləri müəyyənləşdi

Tarix: 5 Fevral 2021 10:18

"Champions Chess Tour" onlayn şahmat seriyasının üçüncü - "Opera Euro Rapid" mərhələsində Azərbaycan şahmatçısı Teymur Rəcəbovun rəqibləri müəyyənləşib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şahmatçımız fevralın 6-da start götürəcək yarışın birinci turunda ilk qarşılaşmasını Matias Blubauma (Almaniya) qarşı keçirəcək. Günün sonrakı 3 qarşılaşmasında isə amerikalı şahmatçılar Sem Şenkland, Leyner Dominqez və Polşa təmsilçisi Yan-Kşıştof Duda ilə mübarizə aparacaq.

Turnirdə 16 şahmatçı mübarizə aparacaq.

Sentyabradək davam edəcək "Champions Chess Tour" onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq.

Milli.Az


Etiketlər:  Teymur Rəcəbovun rəqibləri müəyyənləşdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ